Kaskilya və İliç debüt etdi

Azərbaycan premyer liqasının I turu iki legionçu baş məşqçinin debütü ilə əlamətdar olub.

Allsport.az xəbər verir ki, portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxası”nda ilk çempionat matçına çıxıb.

Portuqaliyalının komandası evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalının futbolçuları “Kəpəz” üzərində qələbəyə sevinib – 3:0. Bununla da premyer liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaskilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legionçu çalışdırıcısı olub.

Kaskilya “İmişli”nin premyer liqada ilk baş məşqçisidir.

Həmin kateqoriyadan