- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Çempionlar liqasının 1-ci təsnifat mərhələsində evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzan “Dinamo”nun baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, məğlubiyyətdən danışıb:
“Hər zaman oyundan sonra analiz etmək çətin olur. Lakin üstünlük bizdə idi, təəssüf ki, nəticə əksinə oldu. İkinci qolda diqqətsizlik oldu. Birinci hissədə futbolçularımız gözəl işlədilər. Yeni qaydalara əsasən, ev və səfər qolları önəm daşımır. Ona görə cavab görüşündə lazımi nəticəni əldə edəcəyimizə ümid edirəm. Bütün fikirlər qələbəyə yönəlməlidir”.