- Baxış sayı: 22
- 31 Mart 2026 19:37
- Baxış sayı: 727
- Mart 30, 2026
- 0

“Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər. Allsport.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” klubu yaxından maraqlanır.
1-ci liqa təmsilçisi yaxın zamanda cənubi afrikalı futbolçu ilə danışıqlara başlayacaq.
Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.