Keçmiş UFC çempionunu təhqir etdi: “Sən siçovulun lap parçasısan”

Keçmiş UFC çempionu Henri Sejudo, məğlubiyyətsiz rusiyalı Həmzət Çimayevlə münaqişəsindən danışıb. Allsport.az saytı xəbər verir ki, amerikalı döyüşçü media və sosial şəbəkələrdə rusiyalını tez-tez tənqid edirdi. Sitat:

“Lənət olsun, bu uşaqlar hər şeyi şəxsi hesab edirlər. Təbii ki, Usmanı dəstəklədim, Çimayevlə qarşıdurmalarında Kostaya dəstək oldum. Mən həqiqəti söylədim və bu mənim ən böyük sərvətimdir. Bəli, bəzən zarafat kimi deyirəm, amma çox vaxt dediklərimi tam olaraq nəzərdə tuturam

Bu yaxınlarda Həmzətlə görüşdük. O, məni görüb dedi: “Henri, sən siçovulun lap parçasısan”. Deyirəm: “Niyə? Niyə mən nəcis parçasıyam? Sadəcə olaraq, sözü təkrarladı. Aramızda təxminən 15 metr idi. Təbii ki, mən 100% trollam. Mən bu rolda döyüşçüdən daha yaxşıyam.

Bunun Xəmzəti niyə incitdiyini anlayıram. Çünki o, bir çox davalardan kənarlaşdırılıb və fanatları sosial şəbəkədə daim onunla lağ edirlər”.

Həmin kateqoriyadan