“Kerrik “Mançester Yunayted”də qalmalıdır”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, hazırda müvəqqəti baş məşqçi vəzifəsini icra edən Maykl Kerrikin daimi əsasda bu posta təyin olunmasını dəstəkləyib.

Allsport.az xəbər verir ki, Runi keçmiş komanda yoldaşının klubun ruhuna tam bələd olduğunu vurğulayıb:

“O, 100% bu işi almalıdır. Komandaya klubu və oyunçuları mükəmməl tanıyan sakit bir məşqçi lazım idi. Futbolçuların özünəinamı artıb və komanda hazırda çox güclü görünür. Kerrik MY tarixində müəyyən sayda oyundan sonra ən yüksək qələbə faizinə malik məşqçidir. Onu dəyişmək üçün heç bir səbəb görmürəm”.

Kerrikin rəhbərliyi altında son 9 matçda 7 qələbə qazanan “Mançester Yunayted”, hazırda 54 xalla premyer liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan