- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

Konfrans liqasına Bakıda hazırlaşan “Keşlə” yoxlama matçları keçirəcək. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi iyulun 9-da “Səbail”lə qarşılaşacaq.
Bakı olimpiya stadionunun ehtiyat meydançasında baş tutacaq oyuna saat 18.30-da start veriləcək.
“Keşlə” digər yoxlama matçını “Sabah”a qarşı keçirəcək. Oyun iyulun 13-də Bank respublika arenada baş tutacaq. Matç saat 19:00-da başlanacaq.
“Keşlə” ilk sınaq görüşündə “Qarabağ”a 0:7 hesabı ilə uduzub.