- Baxış sayı: 34
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 120
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqasının 7-ci turunda “Keşlə”yə qarşı oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, qolsuz sona yetən görüşdə rəqibin müfadiə xətdini tərifləyib:
“İlk növbədə müəllimləri peşə bayramı münasibəti ilə klubumuz adından təbrik edirik. Oyuna gəlincə, “Keşlə”nin gücünü bilirdik. “Qarabağ”dan sonra ən az top buraxan və ən çox qol vuran komandadır. Oyunçularımdan razı qaldım.
Onların da qol vurmaq fürsəti var idi, bizim də. Bir qol oyunun taleyini həll edə bilərdi. Yuxarı sıralarla fərq böyük deyil, fasilədən sonra mübarizəni davam etdirəcəyik. Bu 1 xal uşaqları ruhdan salmamalıdır”.