- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 172
- Fevral 06, 2026
- 0

Azərbaycan kubokunun son qalibi “Keşlə” iyun ayının 15-dən məşqlərə başlayacaq. Allsport.az xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqə qazanmış komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.
Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq paytaxt təmsilçisi iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda tibbi-müayinədən keçəcək. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır.
“Keşlə” 1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə Qəbələdə üç yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 5, 10, 14 iyul tarixlərində keçiriləcək. Rəqiblər haqqında hələlik məlumat verilməyib.