Keyn “Bavariya”dan gedir?

“Bavariya”nın hücumçusu Harri Keyn mövsümün sonunda başqa kluba keçə bilər.

Allsport.az xəbər verir ki, “Barselona” 32 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

İngilis oyunçunun nümayəndələri onun gələcək karyera variantlarını qiymətləndirirlər. Keynin 65 milyon avro məbləğində müəyyən edilmiş sərbəst qalma maddəsi 2026-cı ilin yayında qüvvəyə minəcək. “Barselona”nın son təklifi klubun maliyyə vəziyyətindən asılı olacaq.

İngiltərə və Səudiyyə Ərəbistanı liqalarında klubların da Keynlə maraqlandığı bildirilir.

Keynin “Bayern”lə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Həmin kateqoriyadan