- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Bundesliqanın 5-ci turunun matçında “Bavariya” “Verder”in qonağı olacaq.
Allsport.az xəbər verir ki, bu oyunda Münhen təmsilçisinin hücumçusu Harri Keyn rekorda imza ata bilər.
O, XXI əsrdə TOP-5 liqada bir klubda 100 qola çatan ən sürətli oyunçu ola bilər. İngiltərəli oyunçunun bundesliqada keçirdiyi 103 görüşdə 98 qolu var.
Keyn, hər ikisi 105 matçda 100 liqa qolu vuran Kriştianu Ronaldu (“Real Madrid”) və Erlinq Holandın (“Mançester Siti”) nailiyyətlərini geridə qoymağa yaxındır.