- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Real Madrid”in qapıçısı Tibo Kurtua çempionlar liqasının dördüncü turunda “Liverpul”a 0:1 hesablı məğlubiyyətlə bağlı danışıb.
Allsport.az xəbər verir ki, belçikalı oyunçu komandasının çıxışını dəyərləndirib:
“Biz daha yaxşı oynamalıyıq. Bugünkü kimi matçlarda kiçik detallar hər şeyi həll edir. Sakit olmalıyıq. Qarşımızda “Olimpiakos” var və bu, daha bir çətin oyun olacaq. Əgər qalib gəlsək, ilk səkkizliyə düşmək imkanımız yüksəkdir”.