- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Leypsiq”in baş məşqçisi Marko Rouz çempionlar liqasının 1/8 final mərhələsinin cavab matçında “Real”la heç-heçə (1:1) haqda fikirlərini bildirib.
Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:
“Yaxşı imkanlarımız oldu və çox yaxşı oynadıq. Bu cür matçlarda yaxşı tarazlıq tapmaq çox vacibdir. Biz bunu çox yaxşı bacardıq. Bəzən çox güclü pres edirdik, dərindən müdafiə olunurduq və topa sahib idik. Komandam çox yaxşı oyun nümayiş etdirdi.
Sadəcə, kifayət qədər qol vura bilmədik. Sonda onlar 2 qol vurdu, biz isə cəmi 1. Kubok uğrunda mübarizədən kənarda qaldığımız üçün çox məyus olduq.