“Kifayət qədər yatmaq, yaxşı yemək və məşq etmək lazımdır”

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov hazırkı kəmər sahibi İslam Mahaçevin Kislovodskda Puare ilə döyüşə niyə hazırlaşdığını açıqlayıb.

Allsport.az xəbər verir ki, bu barədə o, UFC-nin mətbuat xidmətinə açıqlama verib:

“Biz Kislovodskda məşq edirik, çünki burada yüksək hündürlük var və bu, dözümlülük üçün əlverişlidir.
Evimizdən də uzaqdadır. Çünki İslam kimi döyüşçü Dağıstanda olanda onun ətrafında həmişə çoxlu insan olur, orada olmaq çətindir.

Buna görə də biz Kislovodskda məşq edirik: sadəcə kifayət qədər yatmaq, yaxşı yemək və məşq etmək lazımdır”.

Həmin kateqoriyadan