Kikbokçularımız İslam oyunlarında hansı çəkidə çıxış edəcək?

Məlum olduğu kimi, Türkiyənin Konya şəhərində V İslam həmrəyliyi oyunlarına kikboksinq də əlavə olunub. Allsport.az saytı xəbər verir ki, millimiz ilin ilk mötəbər turniri sayılan İslamiadada hansı çəkilər üzrə mübarizənin gedəcəyi müəyyən edilib.

Yarışda kikboksun 3 növü üzrə mübarizə gedəcək. Bunlar “full kontakt” (full contact), “lou kik” (low kick) və “point faytinq” (point fighting) növləridir. İlk 2 növ üzrə yarışlar rinqdə, “point faytinq” üzrə mübarizə tatamidə baş tutacaq.

“Full kontakt” və “lou kik” növlərinin hər biri üzrə kişilərdə 12 (51 kq, 54 kq, 57 kq, 60 kq, 63,5 kq, 67 kq, 71 kq, 75 kq, 81 kq, 86 kq, 91 kq, +91 kq), qadınlarda 6 (48 kq, 52 kq, 56 kq, 60 kq, 65 kq, 70 kq) çəki dərəcəsi üzrə mübarizə gedəcək.

“Point faytinq” üzrə isə kişilərdə 9 (57 kq, 63 kq, 69 kq, 74 kq, 79 kq, 84 kq, 89 kq, 94 kq, +94 kq), qadınlarda isə 5 (50 kq, 55 kq, 60 kq, 65 kq, 70 kq) çəki dərəcəsi üzrə yarış baş tutacaq.

V İslam oyunları 9-18 avqustda keçiriləcək. İslamiadada kikboksinq yarışları isə 15-18 avqustda olacaq. Bu yarış üçün millimizin heyəti 22-24 fevralda Bakıda keçiriləcək respublika çempionatının nəticəsinə əsasən müəyyənləşdiriləcək.

Həmin kateqoriyadan