Kikboks federasiyası qarşıdakı planları müzakirə edib

Bu gün kikboksinq federasiyasında əsas millinin məşqçilərinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantı iştirakçıları rəhbərlik tərəfindən komandanın qarşısında qoyulan xüsusi tapşırıqlarla tanış olublar.

Bundan əlavə, qarşıdan gələn yarışlarda hədəfləri planlaşdırılıb, təlim-məşqlərin keçirilməsi müzakirə olunaraq təsdiqlənib. 27 iyuldan start verilən hazırlıqda iştirak edəcək kikboksçular, 2019-cu ildə keçirilmiş son ölkə çempionatının nəticələrinə əsasında çalışçalara dəvət olunacaqlar. 2021-ci ilin sonunadək iştirak etməsi üçün nəzərdə tutulan əsas yarışlar bunlardır:

16-19 sentyabr: WAKO dünya kuboku, Macarıstan
15 – 24 oktyabr: WAKO dünya çempionatı, İtaliya
05-14 noyabr: WAKO Avropa birinciliyi, Monteneqro

Həmin kateqoriyadan