- Baxış sayı: 30
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Kikbok federasiyasının ilin son yarışını keçirib. Allsport.az saytı xəbər verir ki, milli komandaların heyətini müəyyənləşdirmək baxımından təşkil edilən yeniyetmə, gənclər və böyüklər arasında respublika kubokunun son günündə qala gecə olub. Yarışdan əvvəl hakimlər və komandaların keçidi baş tutub. Sonra AKF-nin prezidenti Orxan Əliyev, Bakı idman sarayına toplaşmış tamaşaçılar qarşısında çıxış edib.
O, 2022-ci ildə Azərbaycanda kikboksinq nəticələrinin daha da yaxşılaşdırılmasından danışıb. Bildirib ki, İslamiadada göstərdikləri nəticəyə görə meydan sahibi Türkiyə və Qazaxıstandan sonra 3-cü yeri tutmaları, yeniyetmə və gənclərin dünya, böyüklərin Avropa çempionatında medalların sayının rekord səviyyəyə çatması kikboksinqin Azərbaycanda inkişafda olmasının göstəricisidir.
Bundan sonra hakimlər kollegiyasının sədri Fəxrəddin Quliyev federasiya prezidenti qarşısında məruzə edərək yarışın keçirilməsi üçün heç bir problemin olmadığını bildirib. Beləliklə, 10 seçilmiş final döyüşünə start verilib. İlin son yarışının qalibləri aşağıdakı idmançılar olub. Komanda hesabında DİN İC birinci yeri tutub:
Lou kik
-51 kq Sübhan Məmmədov (“Ağcabədi Birlik” İK)
-57 kq Murad Nuruzadə (DİN İC)
-60 kq. Amin Quliyev (DİN İC)
-63,5 kq. Qiyas Şahmərdanov (ZV İK)
-67 kq. Arzuman Qədimov (“Naxçıvan” İK)
-75 kq. Elxan Əliyev (“Samux” İK)
-81 kq. Elcan Alkişiyev (“Sərhədçi” İK)
Ful kontakt
-60 kq. Əsgər Rəhimov (“Qarabağ” İK)
-63,5 kq. Fərid Ağamoğlanov (DİN İC)
-81 kq. İlqar Zeynallı (FHN İSM)
Yarışı izləyənlər arasında AKF fəxri prezidenti Adil Əliyev, I vitse-prezident Ramal Aslanov və vitse-prezident Ədalət Kazımov olublar.