Kikboksçularıdan 13 medal

Kikboks üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeira şəhərində keçirilən dünya çempionatında rekord vurub. Allsport.az xəbər verir ki, 70 ölkədən 1369 idmançı qatıldığı mundialda komandamız medal sayında buna nail olub. 

Millimiz 6 qızıl, 1 gümüş, 6 bürünc mükafata sahib olub. Kikboksçularımızdan Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev və Surət Qarayev çempion tituluna yiyələniblər. Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm Məmmədov bürünc medala sahib olublar. 

Veteranların yaş kateqoriyasında iştirak edən Eduard Məmmədov işə yarışı 2 fərqli versiyada, 2 qızılla başa vurub.

Həmin kateqoriyadan