Kikboksçumuz mərakeşli rəqibini 1-ci raundun elə 1-ci dəqiqəsində nokaut edib

Kikboks üzrə dünya kəmərinin sahibi, daxili işlər nazirliyinin idman cəmiyyətinin idmançısı Şikar Bədəlov növbəti döyüşünə çıxıb.

Allsport.az saytı xəbər verir ki, o bu dəfə “Kings of Kings” dünya kuboku çərçivəsində İstanbulda Yəhya Kamal Bayatlı mərkəzində mərakeşli Nurdin Əl Bənmofla qarşılaşıb.

Millinin böyük məşqçisi Hikmət Hacıyevin rəhbərliyi ilə görüşə hazırlaşan idmançımız növbəti qələbəsini qazanıb. O, rəqibini elə 1-ci raundun 1-ci dəqiqəsində nokautla məğlub edib.

Nümayəndə heyətində Azərbaycan kikboksinq federasiyasının 1-ci vitse-prezidenti Ramal Aslanov da yer alıb.

Həmin kateqoriyadan