Kimmix və Minqesaya elçi düşüb

“Barselona”nın məşqçilər heyəti sağ cinah müdafiəçisi axtarır. Allsport.az saytı xəbər verir ki, katalonların maraq dairəsi arasında “Bavariya”dan İozua Kimmix və “Selta Viqo”dan Oskar Minqesa var.

Sonuncu seçim daha yaxşı görünür. “Göy-narıncılar” ispaniyalını 9 milyon avroya geri almaq hüququna sahibdir.

Kimmixə gəlincə, almaniyalı Hans-Diter Flicki millidə və “Bavariya”da birgə çalışmasından tanıyır.

Əvvəllər “Barselona” Joao Kanselonu almağa çalışsa da, o, “Mançester Siti”dən “Əl-Hilala” keçib.

Həmin kateqoriyadan