- Baxış sayı: 182
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 182
- Dekabr 05, 2025
- 0

“Sumqayıt” tarixində 100-cü qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, bu yubiley premyer liqanın XXI turuna təsadüf edib.
Səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə edən sumqayıtlılar 158 dəfə uduzub.
2010-cu ildə yaradılan klub indiyədək premyer liqada 77, Azərbaycan kubokunda 10, 1-ci divizionda 13 dəfə qələbə qazanıb. “Sumqayıt”ın ilk qələbəsi də aşağı dəstəyə təsadüf edib.
2010/11 mövsümündə “Sumqayıt Şəhər” adı ilə çıxış edən debütant ilk qələbəsini 2010-cu il oktyabrın 2-də qazanıb. Həmin gün “Gənclik şəhəri” təmsilçisi evdə “Karvan”ı bir qolla məğlub edib.