- Baxış sayı: 30
- 31 Mart 2026 15:55
- Baxış sayı: 691
- Mart 30, 2026
- 0

“Sumqayıt” yeni mövsüm üçün hazırlığa start verib. Allsport.az saytı xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə ötən gün “Kapital bank arena”nın köməkçi meydançasında ilk məşqini keçirib.
Əvəzedici heyətin 5 üzvü də əsas komanda ilə birlikdə məşq edib. “Kimyaçılar” toplanışın ilk mərhələsində iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi və oyunların saatı açıqlanmayıb.