- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

Premyer liqanın 3-cü turunun “Səbail”lə oyunu “Qarabağ”ın 2 futbolçusu üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun 4:0 hesablı qələbəsində bir qolla pay sahibi olan Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib.
2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan ispaniyalı legionçu yubiley qolunu 139-cu matçında vurub. Yarımmüdafiəçinin bu qollarından 31-i premyer liqa, 3-ü Azərbaycan kuboku, 6-sı avrokuboklara təsadüf edib. Onun komanda yoldaşı Abdullah Zubir isə yubiley oyununu keçirib.
Görüşə ikinci hissədə daxil olan fransalı “Qarabağ”da 50-ci matçına çıxıb. 2018-ci ilin yayında transfer olunan yarımmüdafiəçi premyer liqada 25, Azərbaycan kubokunda 4, avrokuboklarda 21 dəfə fürsət qazanıb.