Kiprlilərin Bakıda məkrli planı. Yunanlar türklərə qarşılıq hərbi salam iddiasında

Türkiyə millisinin futbolçularının AÇ-2020-nin seçmə mərhələsində Fransa ilə keçirilən səfər oyunundan (1:1) sonra hərbi salamla orduya nümayiş etdirdiyi dəstək intizam işi açılmasına səbəb olub. Allsport.az saytı xəbər verir ki, APOEL futbolçularının da “Qarabağ”la qitə liqası görüşündə eyni addıma əl atması istisna deyil.

Kiprlilər, xüsusən də, müdafiəçi Giorqos Merkisdən bu addımı gözləyirlər. Cari mövsüm çempionlar liqasının 3-cü ələməsində Bakıda bu komandalar arasında baş tutan qarşılaşmadan sonra Merkis Yunanıstan bayrağına sarılaraq, qisas aldığını bildirmişdi. Həmkarlarımız 35 yaşlı mərkəz müdafiəçisinin bu dəfə hərbi salamını gözləyir.

Hətta UEFA-dan gələ biləcək hər hansı bir cəza da onları qorxutmur: “Qarabağ” – APOEL görüşündə qol vursaq, Giorqos Merkisin bunu hərbi salamla qeyd etməsinə nə deyirsiniz? UEFA həyəcanlanacaq və izahat istəyəcəkmi? Qitə futbol qurumu türklərin hərəkətini böyük laqeydliklə izləyir”.

Matç.az-ın məlumatına görə, Giorqos Merkis “Qarabağ”la əvvəlki matçda Mahir Əmrəli ilə yaşadığı mübahisə üzündən Yunanıstan bayrağını göstərmişdi. Bu komandalar arasında növbəti oyun oktyabrın 24-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan