- Baxış sayı: 57
- 15 Yanvar 2026 19:41
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turunda Azərbaycan komandaları Ermənistan şahmatçıları ilə qarşılaşıb.
Kişi şahmatçılar rəqibə 2.5:1.5 hesabıyla qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.
Qadınlarımız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyiblər. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə başa vurublar. 3:1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.
Sabah Avropa çempionatında istirahət günüdür. Yarışa oktyabrın 14-də yekun vurulacaq.