- Baxış sayı: 49
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 105
- Fevral 09, 2026
- 0

Kişi voleybolçulardan ibarət komandamız Avropa liqasında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, 8 ölkən millisinin qatılacağı yarışda biz “A” qrupunda mübarizə aparacağıq. Yığmamız qrup mərhələsində Albaniya, Makedoniya və İsveç yığmaları ilə görüşəcək.
Baş məşqçi Fərid Calalovun komandası iyunun 16-18-də qrup mərhələsinin 1-ci turunun oyunlarını Makedoniyada, digəri isə iyunun 23-25-də Albaniyada keçirəcək.
“B” qrupunda isə Danimarka, Macarıstan, Ukrayna və İsrail kollektivləri mübarizə aparacaq. Avropa liqasının final mərhələsi iyulun 1-2-də baş tutacaq. Qrup mərhələsində ən çox qələbə qazanan 2 komanda finala yüksələcək.