“Kişinyov-Zirvə”çilər Rio Olimpiadasına 5 lisenziya qazanıblar

Qazaxıstanın Almatı şəhərində ağırlıqqaldıranların dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yüzlərlə idmançının medallar uğrunda mübarizə apardığı turnirdə “Zirvə” İdman Klubu və onun beynəlxalq layihəsi olan Zirve İnternational Sport Clubs-ın da nümayəndələri də körpücük üzərinə çıxdılar. Onlardan daha çox “Kişinyov-Zirvə” idmançıları fərqləndilər.

Moldova yığmasının heyətinin əksər idmançıları məhz bizim klubun atletləri idilər. Qadınlarda Natalya Prişepa, kişilərdə Artyom Pipa, Sergey Çeşir, Andrian Zbirnea və Oleq Sırqi medal qazanmasalar da, ölkələrinin hesabına vacib reytinq xalları yazdırdılar. Moldova kişilərin mübarizəsində 94 xal topladı. Bu da Rio Olimpiadasına 5 lisenziya deməkdir. Çox uğurlu nəticədir. Bu lisenziyaların qazanılmasında böyük rol oynayan “Zirve” İSC olaraq bundan qürur duyuruq.
Klub rəhbərliyi “Kişinyov-Zirvə” klubunun üzvlərini və baş məşqçi Sergey Kretunu təbrik edir, qarşıdakı yarışlarda da uğurlar qazanmasını arzulayır.

Həmin kateqoriyadan