- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Noyabrın 4-dən Qazaxıstanın Almatı şəhərində keçirilən ağırlıqqaldıranlar arasında dünya çempionatı başa çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, bu gün yuxarı çəkidə olan idmançılar medallar uğrunda mübarizəyə qoşulub.
Qadınların yarışında 75 kq çəki dərəcəsində “Zirvə” İdman klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın nümayəndəsi də var. “Kişinyov-Zirvə” İdman Klubunun üzvü Natalya Prişepa körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 111 kq nəticə göstərib. Bu, onun bu hərəkətdəki şəxsi rekordundan 9, “Zirve İSC”-nin dünya çempionatında göstərdiyi nəticədən 3 kq çoxdur. Təkanla qaldırma hərəkətində öz rekordunu təkrarlayan Prişepa 127 kq-ın öhdəsindən gəlib.
Maraqlıdır ki, Nataliya klubumuzun avqustdakı dünya çempionatında qızıl medal qazanmış, təkanda 131 kq-ı qaldırmışdı.
Toplamda 238 kq (111+127) nəticə göstərən Prişepa bu çəkidə 9-cu yeri tutub.