- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0
Qazaxıstanın Almatı şəhərində ağırlıqqaldıranlar arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, “Zirvə”nin beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın daha bir üzvü körpücük üzərinə çıxıb. “Kişinyov-Zirvə”nin üzvü Artyom Pipa 77 kq çəki dərəcəsində mübarizə aparıb.
Gənclər arasında Avropa çempionu və “Zirve İnternational Sport Clubs”-ın ilk dünya çempionatının qalibi olan ağır atlet birdən qaldırma hərəkətində 151 kq, təkanla qaldırmada isə 186 kq çəkinin öhdəsindən gəlib. Toplamda 337 kq nəticə göstərən Pipa, dünya çempionatında 8-ci yerə çıxıb.