- Baxış sayı: 246
- 16 Dekabr 2025 23:00
- Baxış sayı: 63
- Dekabr 18, 2025
- 0

Dünyada ilk dəfə keçirilən “Red Bul”un Tetris turnirinə artıq Azərbaycanda da start verilib. Allsport.az saytı xəbər verir ki, ən yüksək nəticə göstərən iştirakçılar milli finala vəsiqə qazanacaq. Qalib isə, 11-13 dekabrda Dubayda dünya finalında ölkəmizi təmsil etmək fürsətinə yiyələnəcək.
4 iyulda ölkəmizdə rəsmi şəkildə başlayan seçim 26 oktyabrdək davam edəcək. Milli final 4 noyabrda olacaq.
3 gün davam edəcək dünya finalında musiqi çıxışları, immersiv şoular və 13 dekabrda “Dubay çərçivəsi” fonunda 2000-dən çox dronla real vaxtda nümayiş olunacaq unikal Tetris oyunu təqdim ediləcək.
Qızıl Tetrimino tapanları isə xüsusi mükafat gözləyir!
Tetrisin ən nadir və xüsusi fiquru olan Qızıl Tetrimino oyun zamanı təsadüfi şəkildə ortaya çıxır. Bu fiquru uğurla silən oyunçular arasından dünyanın müxtəlif ölkələrindən seçiləcək 5 nəfər, Dubaya – dünya finalını yerində izləməyə xüsusi qonaq qismində dəvət olunacaq.