- Baxış sayı: 37
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Real Madrid”lə bağlı iddialara son qoyub.
Allsport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Madrid klubuna keçəcəyi xəbərlərini “mətbuatın səs-küyü” adlandırıb:
“Xeyr! Əslində onlara maraqlı deyiləm, sadəcə şayiədir. Hazırkı işimdən (“Red Bull”da futbol rəhbəri) çox məmnunam”.
Xabi Alonsonun istefasından sonra “Real”ı Alvaro Arbeloa çalışdırır. Onun rəhbərliyi altında komanda kral kubokunda “Albasete”yə uduzsa da (2:3), la liqada “Levante”ni məğlub edib (2:0).