- Baxış sayı: 23
- 26 Noyabr 2024 15:13
- Baxış sayı: 22
- Noyabr 26, 2024
- 0
“İnter Mayami” Şimali Amerikanın ən məşhur futbol klubuna çevrilib.
Allsport.az xəbər verir ki, Lionel Messinin transferi elan edilənə qədər MLS klubunun “İnstaqram”da bir milyona yaxın izləyicisi var idi. Keçid elanından bir neçə saat sonra təxminən 1,3 milyon insan əlavə edildi.
Hazırda səhifənin 8 milyon oxucusu var. Bu göstəriciyə görə “İnter” bütün Amerika idman klubları arasında beşinci yeri tutur, yalnız “Qolden Steyt” (30,6 milyon abunəçi), “Leykrs” (22,8 milyon), “Klivlend” (15,7 milyon) və “Çikaqo”dan (9,7 milyon) geri qalır.