- Baxış sayı: 27
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 84
- Dekabr 05, 2025
- 0

Bu gün “Hilton” otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən bütün klubların nümayəndəsinin iştirak etdiyi iclasda bir sıra məsələlər ətraflı müzakirə edilib.
Klublar Komitəsinin üzvlərinin dəvətinə uyğun olaraq, ayrı-ayrı məsələlərin müzakirəsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov, Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Rəmiş Malıyev və Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov iclasda iştirak edib, Klublar Komitəsinin üzvlərinin müvafiq suallarını cavablandırıblar.