- Baxış sayı: 34
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 103
- Fevral 06, 2026
- 0

UEFA konfrans liqasının mükafatlarını açıqlayıb. Allsport.az xəbər verir ki, turnirin qrup mərhələsinə vəsiqə qazanan hər klub 2,94 milyon avro qazanacaq.
Qrup mərhələsində hər qələbəyə görə 500 min avro, heç-heçəyə görə 166 min avro veriləcək. Qrup liderləri əlavə 650 min avro qazanacaq. Qrup ikincilərinə 325 min avro, 1/16 finala çıxanlara 300 min avro, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək.
Təsnifat mərhələsinin mükafat fondu açıqlanmayıb.
Azərbaycanı 2021/2022 mövsümündə konfrans liqasında “Qarabağ”, “Sumqayıt” və “Keşlə” klubları təmsil edəcək.