- Baxış sayı: 19
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
UEFA yeni mövsüm üçün Avropa kuboklarında mübarizə aparan klublara ayırdığı gəliri açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bununla bağlı hesabat qurumun saytında yayımlanıb. Yeni mövsüm çempionlar və Avropa liqaları və superkubokdan kommersiya daxilolmaları 3,25 milyard avro məbləğində dəyərləndirilir. UEFA-nın qərarına əsasən, 2019/20 mövsümü üçün avrokuboklarda mübarizə aparan komandaların gəlirləri aşağıdakı kimi olacaq:
Çempionlar Liqası
İlkin mərhələ: 230 min avro
Birinci mərhələ: 280 min avro
İkinci mərhələ: 380 min avro
Üçüncü mərhələ: 480 min avro
Pley off: Bu mərhələ üçün mükafat nəzərdə tutulmayıb. Çünki qalib ÇL-in, məğlub isə Avropa Liqasının qrupunda oynayacağından onlara mükafat veriləcək.
Qrup mərhələsi: 32 komandanın hər birinə 15,25 milyon avro
Qrupda qələbə üçün: 2,7 milyon avro
Heç-heçə üçün: 0,9 milyon avro
1/8 finala çıxmağa görə: 9,5 milyon avro
1/4 finala çıxmağa görə: 10,5 milyon avro
1/2 finala çıxmağa görə: 12 milyon avro
Finala çıxmağa görə: 15 milyon avro
Çempionlar liqasının qalibinə: 4 milyon avro
UEFA superkubokunda iştiraka görə: 3,5 milyon, qalib olmağa görə əlavə 1 milyon avro
Avropa liqası
İlkin mərhələ: 220 min avro
Birinci mərhələ: 240 min avro
İkinci mərhələ: 260 min avro
Üçüncü mərhələ: 280 min avro
Pley-off: 300 min avro (yalnız məğlublar üçün. Qalib komanda qrupa vəsiqə qazandığından onlara mükafat ödəniləcək)
Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro
Qrupda qələbə üçün: 570 min avro
Heç-heçə üçün: 190 min avro
Qrupun qalibinə: 1 milyon avro
Qrup ikincisinə: 500 min avro
1/16 finala çıxmağa görə: 0,5 milyon avro
1/8 finala çıxmağa görə: 1,1 milyon avro
1/4 finala çıxmağa görə: 1,5 milyon avro
1/2 finala çıxmağa görə: 2,4 milyon avro
Finala çıxmağa görə: 4,5 milyon avro
Qalib əlavə 4 milyon avro qazanacaq
Qol.az xatırladır ki, 2019/20 mövsümündə Azərbaycanı avrokuboklarında 4 komanda təmsil edir. “Qarabağ” çempionlar, “Neftçi” və “Səbail” Avropa liqalarının 1-ci mərhələsindən mübarizəyə başlayıb. Ölkə kubokunun sahibi “Qəbələ” rəqabətə 2-ci mərhələdən qoşulacaq.