Klubun 33 xalı silindi

Boliviyanın “Avrora” klubunun 33 xalı silinib.

Allsport.az xəbər verir ki, Boliviya futbol federasiyasının intizam komitəsi bu qərarı futbolçu Qabriel Montanyonun şəxsi məlumatlarının və yaşının saxtalaşdırılmasına görə verib. Qərarda qeyd olunur ki, futbolçunun əsl adı Dieqo Montanyodur. Üstəlik, onun əslində 20 yox, 25 yaşı var.

Futbolçu iki il müddətinə diskvalifikasiya olunub. Klub rəhbərliyi, o cümlədən prezident də sanksiyalara məruz qalıb.

Xalların silinməsi ötən mövsümün nəticələrini dəyişməyəcək, komanda sadəcə olaraq yeni turnirə mənfi göstərici ilə başlayacaq. Boliviyada yeni mövsümünün aprel ayında başlaması planlaşdırılır.

Həmin kateqoriyadan