- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Araz-Naxçıvan” premyer liqanın VII turunda evdə “İmişli”dən güclü olub 2-0.
Allsport.az xəbər verir ki, oyundan sonra “qurdlar”ın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib: “Ağır oyun alındı. Qələbə qazansaq da, uduza da bilərdik. Komanda olaraq yaxşı bir iş gördük. Təəssüf ki, yaratdığımız epizodları reallaşdıra bilmədik. Qələbə münasibəti ilə futbolçularımızı təbrik edir, daha yaxşısını edəcəyimizə inanıram.
Rəqibimiz çempionatın ağır komandalarından biridir. Müdafiədə etibarlı oynayırlar. Keçirdikləri 6 oyunu izləmişik, analiz etmişik. Futbolçularım verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq potensialımız bu deyil. Tam heyətlə daha yaxşı oyun keçirəcəyimizə inanıram. Hədəflərə gəldikdə, yaxşı futbolçularımız var və ümid edirəm ki, yekunda yaxşı nəticə qazanacağıq. Sevindirici məqam odur ki, meydana çıxan hər kəs maksimumu etməyə çalışır.
“Qarabağ”ın o cür yarışda qazandığı nəticələr hamımızı sevindirir. Təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayırıq. Nümayiş etdirdikləri oyun daha artığını etmək gücündə olduqlarını göstərir”.