- Baxış sayı: 54
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 66
- Aprel 14, 2025
- 0
Qılıncoynadanlarımız Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub. Allsport.az saytı xəbər verir ki, yeniyetmə qız şpaqaçıların komanda yarışında Nazilə Rəhimova, Xədicə Həsənli və Alfiyə Abdinova ilk görüşündə Şimali Makedoniya yığmasına 45:26 qalib gəlib.
Ən güclü 8-liyə yüksəlmək uçün İsraili seçməsinə 42:43 uduzan şpaqaçılarımız, 9-16-cı yerlər uğrunda görüşlərdə Türkiyə millisinə (32:36) uduzsa da, Estoniya yığmasına (44:43) qalib gəlib. Yeniyetmə şpaqaçılarımız son görüşündə Rumıniya komandasına 42:45 hesabı ilə məğlub olub.