- Baxış sayı: 28
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 61
- Dekabr 05, 2025
- 0

“Monako”nun mərkəz müdafiəçisi Kristian Mavissa məşqə gecikməsinin acı nəticələrini yaşayıb.
Allsport.az xəbər verir ki, 20 yaşlı futbolçu bu hərəkətinə görə “cəza çarxını” fırlatmalı olub və çarxda mümkün olan ən pis variant çıxıb: komandadakı hər bir yoldaşına yeni “iPhone 16 Pro Max” almaq.
Bu cəza “Monako” futbolçuları arasında böyük sevincə səbəb olub. Belə ki, komanda üzvləri sanki hansısa bir kuboku qazanmış kimi sevincdən tullanmağa başlayıblar.
Məşqə gecikmənin bu qiymətli “hədiyyə” ilə nəticələnməsi sosial mediada da geniş müzakirə olunub.