- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası, həmçinin 21 və 16 yaşadək futbolçulardan ibarət yığma komandalarımız bu gün və fevralın 25-də keçirəcəkləri yoxlama oyunlarında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar. Allsport.az xəbər verir ki, millimiz bu gün Ukraynanın “Şaxtyor” (Donetsk) klubu, U-16 yığmamız isə Belarusun U-17 komandası ilə qarşılaşacaq.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması fevralın 25-də Qananın müvafiq yaş qrupuna aid komandası, U-16 isə Norveçin “Konnerud” klubunun U-17 komandası ilə yoxlama oyunu keçirəcək.