“Komandam geri qaytarmağa çalışır”

“Araz-Naxçıvan” premyer liqanın 9-cu turunda səfərdə “Sabah” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev açıqlama verib:

“Dinamik oyun alındı. Hər iki komanda meydanda yaxşı iş ortaya qoydu. Komandamdan hər oyunda daha yaxşısını istəyirəm. Tur keçdikcə, komandam geri qaytarmağa çalışır. Oyun planında bir qədər də artığını edib, rəngarənglik yarada bilərik. Ümumi götürdükdə, heç-heçə ədalətli nəticədir.

Hər bir məşqçi yığdığı heyətə güvənməli və o güvəni onlara verməlidir. Komandanı formalaşdıranda çətinlik çəkirdik. Ancaq istədiyimiz oyunçuları cəlb edə bildik. Futbolçularımızın potensialı daha da yaxşı oynamağımıza imkan verir. Bizə inanmasalar da, mən komandama inanıram. Onlar oyunları ilə layiqli cavablarını verəcəklər”.

Həmin kateqoriyadan