- Baxış sayı: 41
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, avqustun 5-13-də Bakıda keçiriləcək yarışa hazırlaşan 17 yaşadək qızlardan ibarət həndbolçularımız Tbilisidə təlim-məşq toplanışında iştirak edir.
15 həndbolçunun qatıldığı hazırlıq prosesinə baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasova rəhbərlik edir.
Yığma komandamızın təlim-məşq toplanışı iyulun 9-dək davam edəcək.
Milimiz “A” qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
“B” qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.