- Baxış sayı: 35
- 31 Mart 2026 21:42
- Baxış sayı: 776
- Mart 30, 2026
- 0

“Zirə” premyer liqanın 26-cı turunda evdə “Qəbələ” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov görüşü belə dəyərləndirib:
“Oyun gərgin keçdi. Qələbəyə köklənmişdik. Bəzi qol epizodlarımız oldu, ancaq rəqibin də imkanları vardı. Komandamız həddən artıq yorğundur. Bunu artıq 10-cu dəqiqədən hiss etmək olurdu.
Sıx qrafiklə oynamaq çətindir. Buna geniş heyət lazımdır. Bəzi dəyişikliklər effekt versə də, qol vura bilmədik. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı iki turda yaxşı nəticə qazanaq”.