“Komandamla çox qürur duyuram”

“Bayer Leverkuzen”in baş məşqçisi Kasper Yulmann çempionlar liqasının əsas mərhələsinin 5-ci turunda “Mançester Siti”yə (2:0) qarşı qazanılan qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, o, şad olduğunu bildirib:

“Komandamla çox qürur duyuram. Məhz istədiyimiz kimi oynadıq. Lazım olanda cəsarət göstərdik, lazım olanda isə soyuqqanlılığı qoruduq. Əlbəttə ki, bir az bəxt və əla qapıçı köməyimizə çatdı”

Yulmann xüsusilə komandanın qapıçısı Mark Flekkeni tərifləyib:

“Mən bura gələndən bəri Flekken daimi inkişaf edir. O, topa nəzarətdə özünü çox rahat hiss edir. Bu gün isə fantastik oynadı.”

Qələbədən sonra “Bayer” xal ehtiyatını 8-ə çatdırdı və ümumi turnir cədvəlində 13-cü pilləyə yüksəlib. “Mançester Siti” isə 10 xalla 6-cı pilləyə düşüb.

Həmin kateqoriyadan