- Baxış sayı: 21
- 28 Noyabr 2024 21:14
- Baxış sayı: 109
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə toplanışında yerli “Gənclərbirliyi”nə qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabı ilə bitən görüşlə bağlı bunu söyləyib:
“Gənclərbirliyi” indiyə qədər oynadığımız rəqiblər arasında ən güclü, ən yaxşısı idi. Bu komanda ötən mövsüm 1-ci liqanın qalibi olub və elitaya yüksəlib. Bu oyun bizim üçün önəmli idi. Komandanı belə güclü rəqibə qarşı görmək istəyirdik. Uşaqlar da mübarizə apardılar.
2-ci hissədə qol epizodlarımız da oldu, amma, istifadə edə bilmədik. Buna baxmayaraq, futbolçuların meydanda əzmkarlığı məni qane etdi. Bəzi futbolçularımız hələ tam formada deyil. Ümid edirəm ki, çempionatın startına qədər onlar da formasını tam bərpa edib komandaya kömək edəcəklər”.