“Komandanın qələbə qazanmasına kömək etdiyim üçün çox şadam”

“Milan”ın hücumçusu Kristian Pulişiç “A” seriyası 12-ci turunda “İnter” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

Allsport.az xəbər verir ki, 27 yaşlı amerikalı oyunun yeganə qolunu 54-cü dəqiqədə vurub.

“Bu qələbə çox vacibdir. Bu, bizi daha yüksək səviyyəyə qaldıracaq. Keçən ayın çətin oyunlarından sonra geri döndüyüm və komandanın qələbə qazanmasına kömək etdiyim üçün çox şadam. Düşünürəm ki, daha da yaxşı ola bilərəm. Hələ ki, zədəmdən tam sağalmamışam”, – deyə Kristian bildirib.

“Milan” liqanın turnir cədvəlində 25 xalla ikinci yerdədir.

Həmin kateqoriyadan