Kondratyev millimizə məğlubiyyəti şərh edib

Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Minskdə Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzduqları beynəlxalq yoldaşlıq matçından sonra mətbuat konfransı keçirib. Allsport.az xəbər verir ki, o, bu gün meydanda bacardıqlarını etdiklərini deyib:

“Bu gün meydanda bacardığımızı etdik. Baxmayaraq ki, optimal heyətlə mübarizə aparmırdıq. Azərbaycan millisinin oyununa bələd idik. Bilirdik ki, yaxşı futbol oynayır. Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi. Rəqib bu gün güclü idi”.

Həmin kateqoriyadan