- Baxış sayı: 13
- 31 Mart 2026 16:26
- Baxış sayı: 693
- Mart 30, 2026
- 0

Bu gün konfrans liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Püşkdə “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin də potensial rəqibləri müəyyənləşəcək.
II mərhələdə İsrailin “Aşdod” klubu ilə üz-üzə gələcək “Qarabağ” səpələnmişlər səbətində qərarlaşıb. Serbiya “Çukariçki”si ilə qarşılaşacaq “Sumqayıt” və Rusiyanın “Soçi” klubu ilə üz-üzə gələcək “Keşlə” isə səpələnməmişlər sırasındadır.
Konfrans liqasında III təsnifat mərhələsinin oyunları 5-12 avqust tarixlərində keçiriləcək.