- Baxış sayı: 130
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0

Dekabrın 10-da UEFA Avropa Liqasının qrup mərhələsinin son – 6-cı turunun oyununda “Qəbələ” Rusiyanın “Krasnodar” komandasını qəbul edəcək. Allsport.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Krasnodar” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah – dekabrın 9-u saat 18:30-da arenanın Media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Krasnodar”ın baş məşqçisi Oleq Kononov çıxacaq. 19:45-də isə “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq. Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 20:30-da, Rusiya təmsilçisi isə 19:00-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.