Konte qalır, ya gedir?

“Napoli” rəhbərliyi baş məşqçi Antonio Konteyə yeni və daha sərfəli müqavilə təklif etməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, prezident Aurelio De Laurentis italiyalı mütəxəssisin işindən və qazanılan uğurlardan tam razıdır. Yeni sözləşmənin Kontenin maaşının artırılmasını və müddətin uzadılmasını nəzərdə tutduğu bildirilir.

Kontenin rəhbərliyi altında neapollular 65 matçda 41 qələbə qazanıblar. Hazırkı müqavilə 2027-ci ilə qədərdir.

Həmin kateqoriyadan