- Baxış sayı: 55
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Türkiyənin Konya şəhərində İslam həmrəyliyi idman federasiyasının nəzarət və koordinasiya komitəsi ilə 5-ci İslam oyunlarının təşkilat komitəsinin üzvləri arasında görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda idman obyektləri və qurğuları, beynəlxalq nümayəndələrin əraziyə səfəri, nümayəndə heyətləri rəhbərlərinin səfər proqramı, açılış və bağlanış mərasimləri üçün plan, ümumi reqlament və texniki kitabçalar, idman proqramı ilə bağlı məsələlər müzakirə edilib.
İHİF nəzarət və koordinasiya komitəsinin üzvü olan Könül Nurullayeva da görüşdə iştirak edərək, fikir və təkliflərini səsləndirib. Bundan əlavə, İHİF-in 1-ci vitse-prezidenti Hamad Kalkaba Malboum, Dünya kamandan oxatma federasiyasının vitse-prezidenti Kazi Racib Uddin Çapol, Tunis milli olimpiya komitəsinin keçmiş prezidenti Məhəmməd Adel Zəhra, İHİF-in texniki işlər üzrə idarə şöbəsinin rəhbəri Əşrəf Dahrouq, Türkiyənin gənclər və idman nazirinin müavini Xalis Yunus Ərsöz, o cümlədən Konya böyükşəhər bələdiyyəsinin rəhbərliyi, Türkiyənin milli federasiyalarının rəhbərləri, təşkilat komitəsinin şöbə müdirləri görüşdə iştirak edənlər arasında olub, produktiv fikir mübadiləsi aparıblar.
Konya-2021-də görülən son hazırlıq ilə tanışlıq məqsədilə İHİF nəzarət və koordinasiya komitəsinin üzvləri velodrom meydanı, olimpiya hovuzu, atletika meydançası, qrand millenium zalı, ağırlıqqaldırma arenası kimi tikilməkdə olan idman obyektlərini, eləcə də mehmanxanaları və xəstəxanaları ziyarət edib, oradakı işlərin gedişatı ilə tanış olublar. Onlar, eyni zamanda marketinq və televiziya yayımları, media, antidopinq və tibb komissiyalarının rəhbərləri ilə bir araya gələrək, Konyada davam etməkdə olan hazırlıq lə əlaqədar fikirlərini bölüşüblər.
Ayrıca, 52 üzv dövlətin nümayəndə heyətlərinin başçılarının iştirakı ilə hibrid formada iclas keçirilib. Yığıncaqda viza müraciət sistemi, akkreditasiya sistemi, nəqliyyat, tibbi protokol və xidmətlər, antidopinq nəzarəti, logistika xidmətləri, bilet sistemi, media və televiziya yayımı prosesinin təşkili və s. bu kimi məsələlər müzakirə olunub. Sonda, Türkiyənin aparıcı media mənsublarının iştirakı ilə İHİF nəzarət və koordinasiya komitəsinin Konya şəhərində mətbuat konfransı keçirilib, KİV-i maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.